AFFA Canni De Byazi ilə müqaviləni uzatdı

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə uzadılıb.

Globalinfo.az bildirir ki, “Report”un məlumatına görə, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

65 yaşlı italiyalı mütəxəssis daha bir seçmə mərhələ müddətində yığmaya rəhbərlik edəcək.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinin sükanı arxasındadır.