ADPU-da çəkilmiş görüntülərlə bağlı açıqlama – VİDEO

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) sanitar qovşağının anti-sanitar vəziyyətdə olduğunu əks etdirən görüntülər yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, videonu təhsil ocağında oxuyan tələbələrdən biri paylaşıb. Görüntülərdə sanitar qovşağında gigiyenik şəraitin, asılqanın, salfetin belə olmaması, tavanın az qala, çökməsi və buradakı natəmizlik əks olunub.

Məsələ ilə bağlı ADPU-ya sorğu ünvanladıq. Universitetin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən verilən məlumata görə, görüntülər yeni deyil: “Həmin sanitar qovşaqla bağlı video ötən ilin sonlarına aiddir. Hazırda sözügedən sanitar qovşaq təmir üçün istifadəyə bağlanıb”.