Administrator iş başında öldü

Bakıda kafedə ölüm hadisəsi baş verib. 

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda yerləşən kafelərdən birində qeydə alınıb.

Kafenin administratoru, 62 yaşlı Əliağa İsayev iş başında qəfil ölüb.

Ölümün səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.