bahar muradova

“Əmək bazarında müşahidə olunan dəyişikliklər göstərir ki,  qadınların iqtisadi fəallığı davamlı şəkildə artır”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü çıxışnda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova deyib.

O qeyd edib ki, orta əməkhaqqında artım tempi  müsbətdir, peşə hazırlığında qadınların üstünlük təşkil etməsi xüsusilə diqqətçəkicidir, özünüməşğulluq proqramlarında iştirak da  genişlənməkdədir:

“Bu tendensiya qadınların əmək bazarında daha çox bacarıq əsaslı və dayanıqlı iqtisadi modelə keçidə üstünlük  verdiyini göstərir. Əmək hüquqlarının təmin olunmasında bərabərlik, pensiya təminatı, işsiz və məşğul əhalinin cins bölgüsünə dair rəqəmlər insan kapitalı və təhsilin transformasiyasındakı mövcud nisbəti ortaya qoyur. Hazırda:

– ali təhsildə qadınların üstünlüyü,

– magistratura səviyyəsində balanslaşma,

– peşə təhsilində tədrici diversifikasiya olmaqla

insan kapitalının keyfiyyətcə yüksəldiyi müşahidə olunur”.

Deputat bildirib ki, DK-nin 2020 ci ildə başlatdığı “Qızların Təhsilinə Dəstək” layihəsi 9 istiqamət üzrə proqramları və  tələbə qızların artan sayı  ilə bu nəcib missiyanın daha da genişləndiyinin əsas əlamətidir:

“Bu proses göstərir ki, Azərbaycanda artıq təhsil və iqtisadiyyat arasında struktur məzmunlu  uyğunlaşma güclənməkdədir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: