Adil Qeybulla Bəxtiyar Hacıyevin son vəziyyətini açıqladı

“Bəxtiyar Hacıyevin vəziyyəti qənaətbəxş deyil.”

Globalinfo.az xəbər verir ki, bunu fevralın 17-də həbsdə 39 gündür aclıq aksiyası keçirdiyi deyilən ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkən həkim Adil Qeybulla Azadlıq Radiosuna bildirib.

Onun sözlərinə görə, Hacıyev ona təklif edilən sistemdən imtina edib:

“Vəziyyətini yaxşı hesab etmək olmaz. Çəki itirib.”

Professor Adil Qeybulla bundan əvvəl də Hacıyevin yaxınlarının rəsmi qurumlara müraciətindən sonra onu həbsdə müayinə edib.