Nazir Naxçıvana getdi – FOTOLAR

Prezident İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşlarla görüşləri keçirilir, sakinlərin problem və təklifləri dinlənilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 8-də Naxçıvan şəhərində vətəndaşlarla görüşüb.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, vətəndaşların qəbulundan öncə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq Ulu öndərin əziz xatirəsi ehtiramla yad edilib. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.

Mədəniyyət naziri vətəndaşların müraciətlərini, ayrı-ayrı məsələlərə dair xahiş və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı qəbulda iştirak edən nazirliyin məsul nümayəndələrinə tapşırıqlar verib.

Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi diqqətlə yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

Mədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edibMədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edibMədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edibMədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edibMədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edibMədəniyyət naziri Naxçıvanda vətəndaşları qəbul edib

X X X

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində dekabrın 8-də Naxçıvan şəhərində Heydər Əliyev Muzeyini ziyarət edib.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, Ulu öndərin adına Azərbaycan Respublikasında yaradılmış ilk muzeyin tarixi, fəaliyyəti və burada qorunan eksponatlar haqqında məlumat verilib.

Bildirilib ki, 1999-cu il mayın 10-dan fəaliyyət göstərən muzeydə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri nümayiş olunur.

Bundan əlavə, Ulu öndər Heydər Əliyevə müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətləri, dahi siyasətçinin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyaları muzeyin eksponatları içərisindədir. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.

Mədəniyyət naziri Naxçıvanda Heydər Əliyev Muzeyini ziyarət edibMədəniyyət naziri Naxçıvanda Heydər Əliyev Muzeyini ziyarət edibMədəniyyət naziri Naxçıvanda Heydər Əliyev Muzeyini ziyarət edib