Adil Kərimli Mingəçevirdə mədəniyyət müəssisələrində – FOTO

Sentyabrın 28-də mədəniyyət naziri Adil Kərimli Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Nazirlikdən Globalinfo.az-a bildirilib ki, qəbuldan sonra nazir şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

İlk olaraq Mingəçevir Dövlət Dram Teatrına baş çəkən nazirə mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları, cari vəziyyəti və repertuarı haqqında məlumat verilib.

Nazir daha sonra Mingəçevir şəhər Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi Məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası, Tarix Muzeyi, Mədəniyyət Mərkəzi, MKS-nin 9 saylı filialına baxış keçirib.

Baxış zamanı müəssisələrdə mövcud olan problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.