Adil Kərimli iki ölkənin səfiri ilə görüşdü – FOTOLAR

Mədəniyyət naziri Adil Kərimli dekabrın 26-da Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, söhbət zamanı ikitərəfli münasibətlərin və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsindən məmnunluq ifadə edilib, əlamətdar il ərzində təşkil olunacaq tədbirlər barədə söhbət açılıb.

Nazir Səudiyyə Ərəbistanının “Bakı Prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, həmişə olduğu kimi, yenə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

Belarus Respublikasının ölkəmizdəki səfiri Andrey Ravkovla da görüşən Adil Kərimli iki ölkə arasında mədəni əlaqələrdən söz açıb.

Bildirilib ki, ölkəmiz müxtəlif vaxtlarda paytaxt Minskdə keçirilən kitab sərgilərində təmsil olunub. Eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin qarşılıqlı səfərləri təşkil edilib. Mədəni əməkdaşlığın inkişaf etdirilməsi üçün birgə səylər daha da artırılmalıdır.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən səfir Belarus-Azərbaycan əlaqələrinin geniş spektri əhatə etdiyini deyib. Vurğulayıb ki, iki ölkənin xalqlarının yaxınlaşması üçün mədəniyyət amili böyük əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlığı daha da dərinləşdirmək üçün geniş imkanlar mövcuddur.

Diplomat gələn il Bakıda Belarus mədəniyyəti günlərinin təşkil olunması təşəbbüsü ilə çıxış edib, bununla bağlı fikir mübadiləsi aparılıb.

Nazir “Bakı Prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini deyib, Belarusun bu tədbirdə iştirakından məmnun olacağımızı diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirə aparılıb.

Görüşün sonunda səfirə “Şuşa” kitabı hədiyyə olunub.

Mədəniyyət naziri Səudiyyə Ərəbistanı və Belarus səfirləri ilə görüşübMədəniyyət naziri Səudiyyə Ərəbistanı və Belarus səfirləri ilə görüşübMədəniyyət naziri Səudiyyə Ərəbistanı və Belarus səfirləri ilə görüşüb