ADB Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu yaxşılaşdırdı

Asiya inkişaf Bankı (ADB) bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) ötən illə müqayisədə 4,2% çox olacağını proqnozlaşdırır.

Globalinfo.az xəbər verir ki, “Report”un məlumatına görə, bu bardə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş sentyabr sayında bildirilir.

Sənədə əsasən, bu göstərici ADB-nin aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi çoxdur.

Bank gələn il Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu isə dəyişməyərək 2,8% saxlayıb.

ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionu iqtisadiyyatının bu il 3,9% (0,3% bəndi çox), gələn il isə 4,2% (0,2 faiz bəndi çox) artacağını gözləyir.