“Abzas media”nın həbsdə olan direktor müavini ilə bağlı qərar

“Abzas media”nın direktor müavini Məhəmməd Kekalovun barəsində həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə qərar verilib.

 

Qərara əsasən, Məhəmməd Kekalovun barəsində həbs qətimkan müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, ötən ilin noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı və yanvarın 13-də saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barələrində həbs qətimkan qərarı verilib.