aslan bjaniya

Abxaziya “prezidenti” Aslan Bjaniyanın istefası ilə bağlı tələblərə əməl edilməsə, müxalifət müvəqqəti hökumət yaradacaq.

Globalinfo.az xəbər verir ki, bu məlumatı TASS agentliyi “Aruaa” təşkilatının lideri Timur Quliyaya istinadən yayıb.

“Prezident axşama qədər istefaya getməsə, biz koordinasiya şurasının tərkibindən ibarət müvəqqəti hökumət yaradacağıq. Bütün dövlət məmurlarını işə dəvət edəcəyik, iş şəraiti ilə təmin edəcəyik və dövlət idarəçiliyi prosesini nəzarətə alacağıq”, – deyə o bildirib.

O, əsas tələblərinin “prezident” daxil, bütün “güc bloku” və “nazirlərin” istefaya getmək olduğunu söyləyib.

Qeyd edək ki, A.Bjaniya yaşananlar fonunda xalqa müraciət edərək, “Abxazlar öz “dövlətçiliklərini” itirə bilərlər” deyib. O, istefaya gedib, yenidən “prezidentliyə namizəd” olmağa hazır olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: