
Abxaziyada müxalifət ölkə parlamentinə basqın edib.
Globalinfo.az xəbər verir ki, etirazçılar binaya basqın edərək hökumət tərəfdarlarının üzərinə yumurta atıblar. Aksiya zamanı silah səsləri eşidilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Dmitri Dbar və Daxili İşlər Naziri Robert Kiut etirazçıların yanına gələrək tələbləri prezident Aslan Bjaniyaya çatdıracaqlarına söz veriblər.
Abxaziya parlamenti yaxınlığında keçirilən mitinqdə təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma yaşanıb. Nəticədə zamanı 8 nəfər yaralanıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az