Abşeron yarımadasının su qıtlığı riski daha da artacaq

İqlim dəyişikliyinin qlobal təsirləri fonunda Azərbaycanın da təsirə məruz qalacağı qaçılmazdır.

Globalinfo.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Bildirilib ki, proqnozlara görə 2040-cı ilə qədər illik istiliyin 1.5 dərəcə, 2100-cü ilədək isə 4 dərəcə yüksələcəyi gözlənilir:

“2040-cı ilə qədər illik yağıntı miqdarının 5%-ə qədər, 2100-cu ilə qədər isə 10%-ə qədər azalacağı proqnozlaşdırılır. Abşeron yarımadasını içməli və suvarma suyu ilə təmin edən Azərbaycanın dağlıq bölgəsində yağıntı miqdarının daha ciddi dərəcədə azalması gözlənilir (20%-ə qədər azalma) ki, bu da gələcək su qıtlığı riskini daha da artırır”.