Abşeron sakinlərinə XƏBƏRDARLIQ

Fevralın 13-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Globalinfo.az-a bildirilib ki, Abşeron yarımadasında mülayim gilavar küləyinin axşam xəzri küləyi ilə əvəz olunacağı gözlənilir.

Qeyd olunub ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.