iran 1

ABŞ Silahlı Qüvvələri İranın Bəndər-Abbas limanında sualtı qayıqlara və hərbi gəmilərə xidmət göstərən obyektə zərbə endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, zərbə suüstü pilotsuz aparatından istifadə edilməklə həyata keçirilib. Komandanlıq bildirib ki, bu, ABŞ hərbçilərinin döyüş əməliyyatı zamanı ilk dəfə dəniz pilotsuz aparatlarından istifadə etməsi ilə yadda qalıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatında qeyd olunub ki, əməliyyatın məqsədi İranın kommersiya gəmiçiliyinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətmək olub. Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: