ABŞ yeni süni intellekt yaradır – ChatGPT-dən ucuz

tramp 01jpg 1730115207

“ABŞ şirkəti növbəti həftə süni intellekt sahəsində yeni layihəni təqdim edəcək. O, Çinin “DeepSeek” çat-botunu üstələyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp Çinin layihəsinin güclü olmasında hansısa pis məqam görmədiyini bildirib:

“Əgər ucuzdursa, yaxşı ola bilər. O da bizim xeyirimizədir. Növbəti həftə insanlar süni intellekt sahəsində fərqi qərarlar anons etməyə hazırlaşırlar. O, “DeepSeek”i keçəcək”.

Tramp ABŞ-ın texnoloji liderliyini itirməyəcəyini bildirib:

“Biz dominantlıq edəcəyik”.

Qeyd edək ki, Çin bundan öncə “DeepSeek” süni intellektini buraxıb. Onun Chat GPT-yə əsas rəqib olacağı bildirilir. “DeepSeek”in ChatGPT-dən 10 dəfə ucuza başa gəldiyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az