trmapp

ABŞ-ın yeni Yaxın Şərq siyasətinin daha bir aspekti bəlli olub.

Globalinfo.az xəbər verir ki, radar sistemlərində ABŞ-ın Yaxın Şərqə misli görülməmiş şəkildə hərbi hava qüvvələrinin təyyarələrini göndərdiyi əks olunub.

Hazırlığın məqsədi hələ ki bəlli olmasa da, İranİsrail gərginliyi fonunda diqqət çəkir.

***12:10

ABŞ İranİsrail arasında gərginləşən münaqişə fonunda vətəndaşlarının Yaxın Şərqi tərk etməsinə çalışır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Biz bunun üzərində işləyirik. Administrasiyamız əlindən gələni edir”, – deyə o, jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, iyunun 15-də Dövlət Departamenti ABŞ vətəndaşlarını təcili olaraq quru yolu ilə İranı tərk etməyə çağırıb.

İyunun 13-nə keçən gecə İsrail İrandakı nüvə və hərbi obyektlərə hücum edərək əməliyyata başlayıb. Hazırda tərəflər bir-birinə hücumlarını davam etdirir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: