69b440966e93469b440966e935177342069469b440966e93269b440966e933 32

Daha 12 ölkənin vətəndaşları Amerika vizasına müraciət zamanı 15 min dollar məbləğində depozit ödəməli olacaqlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Yeni qaydalar B1 və B2 kateqoriyalı vizalara (işgüzar və turistik səfərlər) şamil olunur.

Dövlət Departamentinin açıqlamasına görə qərar aprelin 2-dən qüvvəyə minəcək.

Bu addımın məqsədi vizanın müddətini aşan şəxslərin sayını azaltmaqdır. Əgər müraciət ünvanlayan şəxs ölkədən vaxtında şəxsa və ya ümumiyyətlə səfərdən imtina etsə, depozit geri qaytarılacaq.

Proqrama yeni daxil edilən ölkələr arasında Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavrikiy, Monqolustan, Mozambik, Nikaraqua, Papua-Yeni Qvineya, Seyşel adaları və Tunis yer alıb.

Artıq siyahıda olan 38 ölkəyə isə Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Butan, Botsvana, Burundi, Kabo-Verde, Mərkəzi Afrika Respublikası, Kot-d’İvuar, Kuba, Cibuti, Dominika, Fici, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qırğızıstan, Malavi, Mavritaniya, Namibiya, Nepal, Nigeriya, San-Tome və Prinsipi, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Türkmənistan, Tuvalu, Uqanda, Vanuatu, Venesuela, Zambiya və Zimbabve aiddir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: