ABŞ Hərbi Hava Qüvvələri Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evinə zərbə endirib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Prezident Nikolas Maduronun ölkədə fövqəladə vəziyyət elan edilməsi barədə fərman imzaladığı bildirilir.
Məlumata görə, ABŞ raketlərindən biri Karakasdakı sursat anbarına düşüb.
Bir qədər əvvəl prezident Nikolas Maduro Çinin xüsusi nümayəndəsi ilə görüşüb. Prezident sarayına gedən yollar bağlanıb.
Kolumbiya prezidenti Qustavo Petro Venesuelaya hücumla bağlı BMT-nin və Amerika Dövlətləri Təşkilatının təcili iclaslarının çağırılmasını istəyib.
Vaşinqton xüsusi əməliyyat barədə hələlik rəsmi açıqlama verməyib. ABŞ Ordusunun nümayəndəsi də ABŞ-ın hücumunu şərh etməyib.
***11:23
ABŞ Hərbi Hava Qüvvələri Venesuelanın paytaxtı Karakasa zərbələr endirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Venesuelanın paytaxtı Karakas üzərində hava hücumu ilə bağlı həyəcan siqnalları çalınır.
Məlumata görə, paytaxda bir çox istiqamətlərdə partlayış səsləri eşidilir, şəhərdə elektrik enerjisi kəsilib.
Xarici KİV şəhərdə atışma səslərinin eşidildiyini yazır. ABŞ-ın Karakasda desant əməliyyatı həyata keçirdiyi bildirilir.