kilse

Tehrana endirilən hava hücumları nəticəsində Rus Pravoslav Kilsəsinin Müqəddəs Nikolay Katedrali zərər görüb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Katedral keşişi Hegumen Varlaamın sözlərinə görə, hadisə nəticəsində giriş qapıları zədələnib.

“Bütün pəncərələr sınıb, kafedral ərazisindəki bəzi yardımçı tikililərin tavanları da uçub.

Müqəddəs Nikolay Katedralından 150 metr aralıda yerləşən keçmiş Amerika səfirliyinə ən azı iki raket düşüb”, – deyə o bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: