abs

“İran eyni intensivlikdə hücumlar etməyə davam edərsə, ABŞ və İsrailin raket tutucu ehtiyatları bir neçə gün ərzində tükənə bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.

“Tipik hərbi doktrina” hər bir hava hədəfinə vurma şansını artırmaq üçün iki və ya üç raket atmağı tələb edir. Bununla belə, ABŞ, İsrail və Körfəz Ərəb dövlətlərinin İran hücumlarına qarşı durmaq üçün kifayət qədər ehtiyatı olmaya bilər. Ötən il İranla qarşıdurmadan sonra bu ehtiyatların çox az olması ehtimalı var”, – deyə bildirilib.

Agentliyin mənbəyi qeyd edib ki, raket tutucuları, xüsusən də ballistik raket tutucuları narahatlıq üçün əsas səbəbdir:

“Biz onlardan istehsal edə biləcəyimizdən daha sürətli istifadə edirik”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: