tehran iran

İsrail müdafiə naziri İsrael Katz amerikalı həmkarı Pit Heqsetlə İranı müzakirə edib.

Globalinfo.az xəbər verir ki, o bu barədə “X” səhifəsində paylaşım edib.

Tərəflərin əsas müzakirə mövzusu Qəzza və İran məsələləri olub.

“İran regional təhlükəsizliyə böyük təhdiddir və biz çalışacağıq ki, Tehranın nüvə silahı əldə etməsinə imkan verməyək”, – Katz bildirib.

Qeyd edək ki, ABŞ İsrailə İranı vura biləcək və bunkerləri dağıdacaq bombalar verilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: