Tramp 1

ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı nikbin mövqe sərgiləyib.

Globalinfo.az-ın xəbərinə görə, o, “PBS News” kanalına müsahibəsində bildirib ki, sazişin gələn həftə Çin səfərinə qədər əldə olunması mümkündür. Lakin bu məsələ tam təmin olunmayıb.

Trampın sözlərinə görə, İrana yüksək səviyyədə zənginləşdirilmiş uranı ABŞ-a ixrac etmək və yeraltı nüvə obyektlərindən aktiv istifadəni dayandırmaq təklif oluna bilər. O qeyd edib ki, xüsusi nümayəndələrin, Stiv Uitkoff və Cared Kuşnerin göndərilməsi ehtimalı azdır. Razılaşmanın birbaşa əldə edilərək yekun görüşdə rəsmiləşdirilməsi mümkündür. Tramp razılaşma baş tutmasa, hərbi zərbələrin yenidən bərpa oluna biləcəyini də istisna etməyib.

“CNN” telekanalının məlumatına görə, tərəflər uranın 10 ildən artıq müddətə zənginləşdirilməsinə moratorium tətbiqini və mövcud ehtiyatların İrandan çıxarılmasını müzakirə edir. Plan həmçinin hərbi əməliyyatların dayandırılmasını və nüvə proqramı, aktivlər, eləcə də Hörmüz boğazı təhlükəsizliyi üzrə 30 günlük danışıqlar mərhələsini nəzərdə tutur.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: