Iran zerbe 111

ABŞ ordusu İranın Bəndər-Abbas hava limanının yaxınlığındakı hərbi obyekti vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

İran tərəfi – İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) sözügedən hücumun baş verdiyini təsdiqləyib.

Bildirilib ki, İran ordusu cavab olaraq hücumun edildiyi hərbi bazanı atəşə tutub.

“Bu cavab ABŞ-a ciddi xəbərdarlıqdır və təcavüzün cavabsız qalmayacağını göstərir. Hücum təkrarlanarsa, İranın cavabı daha sərt olacaq”, – SEPAH vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: