543 3

Vaşinqtonda 2025-ci il avqustun 8-də keçirilən Sülh Sammitində əldə edilən razılaşmaların icrası üzrə Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü baş tutub.

Globalinfo.az-ın məlumatına görə, görüşdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Koulter iştirak edib.

Tərəflər iki ölkə arasında inkişaf edən strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər.

Vaan Kostanyan Cənubi Qafqazda sülhün bərqərar olunmasında ABŞ-ın verdiyi əhəmiyyətli dəstəyi vurğulayıb və Ermənistan tərəfinin 8 avqust 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumlarının icrası üzrə fəal əməkdaşlığa maraqlı olduğunu təsdiqləyib.

Tərəflər regional kommunikasiyaların açılması perspektivləri, süni intellekt və yarımkeçiricilər sahəsində innovativ tərəfdaşlıq, eləcə də enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə əldə olunmuş razılaşmalar üzrə ciddi irəliləyiş qeyd edilib və yaxın müddətdə məqsədlərin reallaşdırılması üçün müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: