ABŞ Ukraynaya yeni hərbi yardım ayırıb

ABŞ Ukraynaya 275 milyon dollarlıq yeni hərbi yardım paketi ayırıb.

Globalinfo.az APA-a istinadla bildirir ki, bu barədə ABŞ-ın müdafiə nazirinin müavini Sabrina Sinqh məlumat verib.

“Ukraynanın müdafiə ehtiyaclarını ödəmək üçün Pentaqon 275 milyon dollarlıq yardım ayırıb” – deyə Sinqh qeyd edib.

Yardım pakentinə HİMARS üçün raketlər, artilleriya mərmiləri və peyk antenlər daxildir.