Tramp administrasiyası Ukraynanın bəzi uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.
Qərarın detalları hələ açıqlanmasa da, müşahidəçilər bunu Ukraynanın hərbi əməliyyat imkanlarını genişləndirən və Rusiya ilə qarşıdurmada yeni mərhələyə keçid yaradan addım kimi dəyərləndirirlər.
WSJ qeyd edir ki, bu qərar ABŞ-ın Kiyevə dəstəyinin səviyyəsini artırdığını göstərir və yaxın günlərdə bu istiqamətdə əlavə addımların atılacağı gözlənilir.
Tahir Turan
Globalinfo.az