1685558604 1683787840 673db41cf0f3cef5b904b79e7fa5d4ec

ABŞ Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak etməyi planlaşdırır. Vaşinqton Ukrayna səmasının kəşfiyyatı və qorunmasında yardım təklif edir.

Globalinfo.az bildirir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin adı açıqlanmayan mənbələri bildiriblər ki, ötən həftə Amerika rəsmiləri Avropa nümayəndələrinə Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməsində iştirak edəcəklərini vəd veriblər. Ancaq bu, müharibə başa çatdıqdan sonra mümkün olacaq.

ABŞ rəsmiləri Ukraynada istənilən Avropa missiyasını dəstəkləmək üçün strateji imkanlar təqdim etməyə, komandanlıq və nəzarətlə məşğul olmağa, hava hücumundan müdafiə sistemləri qurmağa hazır olduqlarını açıqlayıblar.

Rəsmilər qeyd ediblər ki, Ukraynanın hava hücumundan müdafiə sistemini dəstəkləmək üçün Amerika təyyarələri, logistika və yer radarları rəminatı vacibdir.

Ancaq bu təklif Avropa paytaxtlarının Ukraynaya on minlərlə hərbçi göndərmək öhdəliyi ilə bağlı olacaq. Çünki təklif hələ də geri götürülə bilər.

Pentaqon isə belə məsələlərə münasibət bildirməyəcəyini bəyan edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: