ABŞ Ukraynanın NATO-ya daxil olmasını ƏNGƏLLƏYİR? – Miller AÇIQLADI

“ABŞ Ukraynanın NATO-ya üzvülük məsələsini gecikdirmir”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller ABŞ-ın Ukraynanın NATO-ya üzvlüyünü gecikdirməyə çalışması ilə bağlı yayılan xəbərləri təkzib edib:

“Bu xəbərlər yanlışdır. Siz dəfələrlə Prezident Co Baydenin və dövlət katibi Entoni Blinkenin Ukraynanın NATO-ya üzv olacağı barədə dediklərini eşitmisiniz”, – deyə Miller jurnalistlər üçün keçirilən brifinqdə vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az