ABŞ Tiflisi “vurmağa” hazırlaşır – Anons verildi

“ABŞ Gürcüstanı Rusiya ilə aviaəlaqələrin bərpasına görə xəbərdar edib”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

“Rusiyanın Gürcüstandakı təyyarələrinə gəlincə, Qərb ölkələri, o cümlədən ABŞ Rusiya təyyarələrinin hava məkanımıza daxil olmağını qadağan edib. Biz Rusiya və Gürcüstan arasında birbaşa uçuşların yenilənməsindən narahatıq. Bu o deməkdir ki, Gürcüstan şirkətləri, aeroportları sanksiyalar altına düşə bilər. Zaman Rusiya ilə qarşılıqlı fəaliyyəti genişləndirmək vaxtı deyil”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az