ekipaj

ABŞ-nin “KC-135” yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı İraq üzərində qəza nəticəsində ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki məlumatında bildirilib.

“İraqın qərbində qəzaya uğrayan ABŞ-nin “KC-135″ yanacaq dolduran təyyarəsinin 6 heyət üzvünün hamısı ölü hesab edilir”, – bəyanatda qeyd edilib.

Təyyarə martın 12-də “Epik qəzəb” əməliyyatı çərçivəsində İraqın hava məkanından uçarkən qəzaya uğrayıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Eyni zamanda CENTCOM vurğulayıb ki, təyyarənin qəzaya uğramasına nə düşmən, nə də dost atəşi səbəb olub.

Həlak olan hərbi qulluqçuların şəxsiyyəti onların ən yaxın qohumlarına məlumat verildikdən sonra 24 saat keçənədək açıqlanmır.

***13:46

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraqda təyyarə qəzası nəticəsində hərbçilərin ölməsini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

    Məlumata görə, qəza nəticəsində 6 hərbçidən dördü ölüb.

    Hadisənin baş vermə səbəbləri araşdırılır.

    ***09:14

    ABŞ-a məxsus “KC-135” tipli yanacaq doldurma təyyarəsi İraqın qərbində qəzaya uğrayıb və bortda olan 6 ekipaj üzvünün hamısı həyatını itirib.

    Globalinfo.az xəbər verir ki, hadisə zamanı zərər görmüş digər “KC-135” təyyarəsi isə təhlükəsiz şəkildə İsraildə eniş etməyə nail olub.

    Qeyd edə ki, KC-135 əsas hava yanacaqdoldurma təyyarəsidir. Təyyarə tək bir uçuşda 90 tona qədər yanacaq ötürə bilir. Bu nəhəng təyyarənin dəyəri təxminən 25 milyon dollardır.

    Pentaqon təyyarənin vurulması ilə bağlı xəbərləri təkzib edib. Məlumata görə İrana qarşı əməliyyatlar zamanı itirilən dördüncü ABŞ təyyarəsidir.

    Paylaş: