suriya isid

Bu gün səhər saatlarında Suriyanın Hələb vilayətinin əl-Bab bölgəsində İŞİD liderlərindən olan Muslih əl-Hardani və onun İŞİD-lə əlaqəli iki oğlu zərərsizləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı “X” hesabında məlumat verilib.

 

Qeyd olunub ki, sözügedən şəxslər ABŞ Koalisiya Qüvvələrinə və Suriyanın yeni hökumətinə təhdid xarakteri daşıyıb.

“Harada olurlarsa olsunlar, İŞİD terrorçularını amansızlıqla təqib etməyə davam edəcəyik” – məlumatda qeyd olunur.

Paylaş: