78c3e858988f3154ab3a2c0c94269a9e

Corc Sorosun Açıq Cəmiyyət Fondunun fəaliyyətinin terrorizmlə mümkün əlaqələri yoxlanılacaq. Bu barədə ABŞ Ədliyyə Departamenti prokurorlara tapşırıq verib.

Globalinfo.az xəbər verir ki, məlumatı “New York Times” Ədliyyə Depertamentinin daxili direktivinə istinad edərək paylaşıb.

Nəşrin məlumatına görə, direktiv fırıldaqçılıq və reketçilikdən terrorizmin maliyyələşdirilməsinə qədər potensial ittihamların geniş spektrini əhatə edir. Ədliyyə katibinin müavini Todd Blanşın imzaladığı sənəd Nyu-York, Kaliforniya, Vaşinqton, Çikaqo, Detroit və Merilend ştatlarında rayon prokurorlarına göndərilib.

Hesabata əsasən, Ədliyyə Departamentinin yüksək rütbəli məmuru ABŞ prokuroruna milyarder və Demokrat Partiyasının donoru Corc Soros tərəfindən maliyyələşdirilən qrupu araşdırmaq üçün planlar hazırlamağı tapşırıb. Soros Fondu isə iddiaları təkzib edib və bunu “siyasi motivli hücum” adlandırıb.

Qeyd edək ki, dünyanın bir çox ölkəsi Soros Fondunu hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi qəbul edir. Fondun hədəf aldığı ölkələrdən biri də Azərbaycan olub.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Sorosun həbsini tələb edib və bildirib ki, o və oğulları cinayət məsuliyyətinə cəlb edilməlidir. Ağ Ev rəhbəri hesab edir ki, ABŞ-da keçirilən etiraz aksiyalarında milyarderin və onun qohumlarının əli var. Bu günlərdə Tramp Soros və oğulları haqqında “terrorçu” ifadəsi işlədib və onları “manyak” adlandırıb.

Paylaş: