ABŞ Senatı 1,7 trilyon dollarlıq büdcə layihəsini təsdiqlədi

ABŞ Konqresinin Senatı ölkənin 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollar həcmli büdcə layihəsini təsdiqləyib ki, bu da Kiyevə yardım üçün 44,9 milyard dolların ayrılmasını nəzərdə tutur.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, bu büdcədə nəzərdə tutulan xərclərin ümumi həcmi bu göstəricinin 1,52 trilyon dollar müəyyən edildiyi 2022-ci ildəkindən daha çox olacaq.

Vəsaitlərin böyük hissəsi – 858 milyard dollar müdafiəyə yönəldiləcək, 722,5 milyard dolları qeyri-müdafiə xərclərinə ayrılıb.

Vaşinqton Ukraynaya, eləcə də NATO müttəfiqlərinə fövqəladə dəstək üçün 44,9 milyard dollar ayırmaq niyyətindədir.Vəsaitin bir hissəsi Ukrayna hərbçilərinin təlimi və Kiyevə ötürülən silah ehtiyatlarının artırılması üçün nəzərdə tutulub. Eyni zamanda, bu ilin büdcəsində Ukraynaya 13,6 milyard dollar səviyyəsində ümumi dəstək göstərilib ki, bu da 2023-cü ildə nəzərdə tutulandan təxminən üç dəfə azdır.

Rusiya Federasiyasının “təzyiq altında olan” ölkələrin “enerji müstəqilliyi və iqtisadi sabitliyinə” dəstək də daxil olmaqla, “Rusiyanın təsirinə qarşı mübarizə” üçün 300 milyon dollardan çox vəsait ayrılır. Qanun layihəsinə Rusiya iş adamlarının dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi üçün müsadirə edilməsinə imkan verən düzəliş də əlavə edilib.

Yaxın vaxtlarda federal büdcə layihəsinə ABŞ Konqresinin Nümayəndələr Palatasında baxılacaq. Sənəd aşağı palata tərəfindən təsdiqlənərsə, imzalanmaq üçün Prezident Cozef Baydenə yönləndiriləcək.