ABŞ səfirliyi də Ülviyyəni təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyevanı Avropa çempionatında qələbəsi münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Qeyd edək ki, Ülviyyə Fətəliyeva Avropa çempionu titulunu qazanan Azərbaycanın ilk qadın şahmatçısı kimi tarixə düşüb. Yunanıstanın Rodos şəhərində keçirilən yarışlarda 27 yaşlı qrossmeyster bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.