ABŞ Rusiyanın tanınmış media qurumlarına sanksiya tətbiq etdi

ABŞ Rusiyanın bəzi media qurumlarına qarşı sanksiya tətbiq edib.

Globalinfo.az xəbər verir ki, ABŞ hökuməti bu KİV-ləri qara siyahıya salıb və onların nümayəndələrinə qarşı viza məhdudiyyətləri tətbiq olunub.

Onlar arasında “RİA Novosti”, “RT”, “Sputnik”, “Ruptly” və digər tanınmış media qurumlarının adları var.

“Bugünkü sanksiyalar “Rossiya Seqodnya” media qrupunu və onun beş törəmə şirkətini əhatə edir”,  – ABŞ maliyyə departamentinin bəyanatda deyilir.

Bundan başqa ABŞ hakimiyyəti seçkilərə xarici müdaxilə ilə bağlı məlumatlara görə 10 milyon dollara qədər mükafat elan edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az