tb

ABŞ Hərbi Dəniz Qüvvələri açıq dənizdə Rusiya bayrağı altında üzən “Marinera” gəmisini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, bu gün Moskva vaxtı ilə təxminən saat 15:00-da ABŞ Hərbi Dəniz Qüvvələrinin hərbçiləri açıq dənizdə “Marinera” adlı gəmiyə çıxıb. Hadisədən dərhal sonra gəmi ilə əlaqə tamamilə kəsilib.

Bildirilib ki, “Marinera” gəmisi 24 dekabr tarixində Rusiya Federasiyasının dövlət bayrağı altında üzmək üçün müvəqqəti icazə alıb.

Nazirlik vurğulayıb ki, heç bir dövlət başqa ölkənin yurisdiksiyasında qanuni şəkildə qeydiyyatdan keçmiş gəmilərə qarşı güc tətbiq etmək hüququna malik deyil. Açıqlamada baş verənlərin beynəlxalq dəniz hüququnun pozulması olduğu qeyd edilib.

***18:03

ABŞ Sahil Mühafizəsi Atlantik okeanında iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “NBC NEWS” məlumat yayıb.

***17:21

ABŞ Sahil Mühafizəsi və hərbi qüvvələri Atlantik okeanı boyunca iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirməyə çalışır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

    Tanker əvvəlcə “Bella 1” adı altında sanksiyaya məruz qalıb, daha sonra ABŞ-ın blokadasından çıxmağa müvəffəq olub.

    Gəmi daha sonra “Marinera” adını götürüb və Rusiya bayrağı altında qeydiyyata alınıb, bu da ABŞ-ın onu hüquqi baxımdan ələ keçirməsini çətinləşdirir.

    Rusiya da hadisəyə müdaxilə edərək, tankeri müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərdiyini bildirib, bu isə gərginliyi artırıb. ABŞ rəsmiləri təqib əməliyyatını Sahil Mühafizəsi və hərbi qüvvələrin birgə koordinasiyası ilə davam etdirdiklərini və gəmiyə qarşı sanksiyalara uyğun addımlar atacağını vurğulayıb.

    Paylaş: