ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35A” görünməz qırıcı təyyarəsi Hörmüz boğazı yaxınlığındakı sular üzərində patrul uçuşu həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlıq X sosial şəbəkəsində təyyarənin görüntüsünü paylaşıb.
Qeyd edilib ki, “F-35A” səsdən sürətli uçuşu zamanı 18 min funta qədər döyüş sursatı daşıya bilir.