putin vucic

ABŞ və Avropa İttifaqı Serbiya ilə planlarını reallaşdıra bilməyiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə CNNB nəşri yazıb.

Belə ki, ABŞ və Aİ Ukraynada müharibə başladıqdan sonra Serbiya ilə bağlı siyasəti aktiv fazaya keçiriblər. Burada məqsəd Aleksandar Vuçiçi Rusiya lideri Vladimir Putinin orbitindən kənarlaşdırmaq olub.

Bunun üçün Vuçiçə ölkəsinin Aİ üzvlüyünə daha sürətlə nail olmaq vədi verilib, həmçinin Serbiya lideri təcrid olunmaqla təhdid edilib.

Məqalədə vurğulanır ki, müharibənin başlanmasından ötən 18 ayda ABŞ və Aİ-nin bu strategiyası uğursuzluğa düçar olub.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: