ABŞ Oman körfəzində Palau bayrağı altında üzən Settebello tankerini vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında məlumat paylaşılıb.
Komandanlığın məlumatına görə, Amerika qüvvələri ardıcıl ikinci gündür ki, Oman körfəzində bir neft tankerini sıradan çıxarıb.
“Başqa bir gəmi İrandan neft daşımağa çalışarkən blokadanı pozub ABŞ təyyarəsi ekipajın ABŞ qüvvələrinin təlimatlarına dəfələrlə əməl etməməsindən sonra gəminin mühərrik otağına dəqiq idarə olunan sursatlar atıb”, – deyə qeyd olunub.
Tahir Turan
Globalinfo.az