1 3 1

ABŞ-ın Azərbaycandakı Səfirliyinin bu ölkədə təhsil almış azərbaycanlı məzunlarla görüşü ləğv edilib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, buna səbəb tədbirin əsl mahiyyətinin ifşa edilməsi olub.

Belə ki, noyabrın 27-də “JW Marriott Absheron” hotelində baş tutacaq görüşdə ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsinin bir araya gəlməsi gözlənilirdi. Bu görüşdə təhsil adı altında ABŞ-də olarkən məxfi əməkdaşlığa cəlb edilmiş şəxslərin iştirakı planlaşdırılırdı.

Lakin Azərbaycanın müvafiq strukturlarının operativ işi və cəmiyyətin qətiyyətli reaksiyası Vaşinqtonun ölkəmizdəki pozucu fəaliyyətini növbəti dəfə uğursuzluğa düçar etmiş oldu.

Paylaş: