ABŞ NATO-nun Asiya versiyasını yaradıb – Kim Çen İn

ABŞ, Yaponiya və Koreya Respublikası faktiki olaraq Şimali Atlantika Alyansının Asiya versiyasını yaradıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib.

“Nəticədə, Asiya-Sakit okean regionunda NATO-nun öz analoqu var. Belə bir təşkilat təcavüzün və hərbi münaqişələrin başlanmasının əsas səbəbidir. Bu üç dövlət arasında əməkdaşlıq sülh üçün ən böyük təhlükə yaradır”.

Kim Çen İn həmçinin ABŞ və müttəfiqlərinin qərarlarının mənfi nəticələrinə diqqət çəkib:

“Vaşinqtonun və onun xarici tərəfdaşlarının hərəkətləri növbəti soyuq müharibənin yaranmasına gətirib çıxarır”.