heqset

Rusiya-Ukrayna münaqişəsi tezliklə həll olunmasa, ABŞ və müttəfiqləri Moskvaya qarşı yeni tədbirlər görəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun Müdafiə Nazirləri Şurasının iclasından sonra bildirib.

“ABŞ öz müttəfiqləri ilə birlikdə Rusiyanın davam edən təcavüzünün xərclərini öz üzərinə götürmək üçün addımlar atacaq”, – o  vurğulayıb.

Sentyabrın 7-də ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqtonun Moskvaya sanksiya təzyiqini artırmağa hazır olduğunu bəyan edib. Bu cür addımların avropalı müttəfiqlərlə koordinasiyalı şəkildə atılacağını diqqətə çatdırıb.

Sentyabrın 5-də ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt tədbirlərin sülh prosesini pozacağından narahatlığını ifadə edib. O bildirib ki, bu səbəbdən yeni sanksiyalar tətbiq etməyə tələsmir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: