ABŞ Lavrova viza verdi

ABŞ BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək iclasında iştirak edə bilməsi üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrova viza verib.

Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd olunub ki, XİN sədri ilə birgə iştirak edəcək nümayəndə heyətindən isə yalnız bir neçə nəfərə viza verilib.

“Moskva Rusiya nümayəndələrinin BMT Baş Assambleyasında iştirak etməsi üçün nümayəndə heyətinin digər üzvlərinə də vizaların verilməsini, habelə logistika məsələlərinin operativ həllini gözləyir”, – açıqlamada vurğulanıb.

Qeyd edək ki, BMT Baş Assambleyasının 77-ci sessiyasının açılışı sentyabrın 13-nə planlaşdırılır.