imgonline com ua Resize bHnEgS9EKQ

ABŞ-la yeraltı sərvətlərin istifadəsinə dair sazişin mətni hələ də parlament üzvlərinə təqdim olunmayıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.

O bildirib ki, buna baxmayaraq, deputatlardan sənədə dəstək vermələri gözlənilir.

Jeleznyakın sözlərinə görə, saziş Ukrayna üçün strateji əhəmiyyət daşıyan sahədə – yeraltı sərvətlərin istifadəsi məsələsində şəffaflığın və təhlükəsizliyin təmin olunmadığını göstərir. O, həmçinin sənədin müddəalarının ömürlük xarakter daşıdığını, lakin qarşılığında təhlükəsizlik zəmanətlərinin olmadığını vurğulayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: