“Gürcüstanla ABŞ arasında münasibətlər növbəti ilin əvvəlindən əhəmiyyətli dərəcədə dəyişəcək”.
Globaloinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Əminəm ki, haradasa ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə dəyişəcək. İki ölkə arasında münasibətlərin sağalması və yenidən qurulması lazımdır və ABŞ-nin son qərarları buna kömək etmir.”, – Baş nazir bildirib.
Qeyd edək ki, Gürcüstan “xarici agentlər” haqqında qanunu qəbul etdikdən sonra ABŞ viza məhdudiyyətləri tətbiq edib və Gürcüstandakı birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.