ABŞ konqresmenindən həqarət: Qarabağ haqda böyük xəta

ABŞ konqresmeni Bred Şerman separatçıların nümayəndəsi David İşxanyanı qondarma rejimin “parlament sədri” seçilməsi münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, konqresmen İşxanyana ünvanladığı təbrik məktubunu öz saytında dərc edib.

B.Şerman separatçı nümayəndənin bu “vəzifəyə” təyinatını alqışladığını və ABŞ-la qondarma rejim, o cümlədən Qarabağdakı ermənilər arasında əlaqələrin möhkəmlənəcəyinə ümid etdiyini deyib.

Konqresmen təbrik mətnində dəfələrlə qondarma “artsax” ifadəsini vurğulayıb.

Qeyd edək ki, separatçı rejim heç bir ölkə tərəfindən tanınmır. ABŞ konqresmeninin bu hərəkəti Azərbaycana həqarət olaraq qiymətləndirilir.
Bred Şerman ermənipərəst mövqeyi ilə seçilir. O, dəfələrlə Azərbaycan və Türkiyəyə qarşı fikirlər səsləndirib.

Ayşən Mustafa
Globalinfo.az