ABŞ Konqresinin Nümayəndələr Palatasında spiker seçilmədi – 100 ildə ilk dəfə

ABŞ Konqresinin Nümayəndələr Palatası birinci turda spiker seçə bilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

Respublikaçı namizəd Kevin Makkarti seçilmək üçün ilk turda kifayət qədər səs toplaya bilməyib.

Bu hal 100 ildə ilk dəfədir baş verib.

Respublikaçı Endryu Biqs və Demokrat Hakim Ceffris də səsverməyə qatılıblar.