kolumbiya

ABŞ prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə Uest-Palm-Biçdən Vaşinqtona qayıdarkən jurnalistlərə açıqlama verib.

Venesuelanı ABŞ üçün “xəstə qonşu” adlandıran Tramp Kolumbiya ilə bağlı da oxşar ifadələr işlədib.

Onun sözlərinə görə, ölkəni kokain istehsal edib ABŞ-a satan “xəstə bir şəxs” idarə edir və bu vəziyyət uzun sürməyəcək.

    ABŞ-ın Kolumbiyada hərbi əməliyyat keçirmə ehtimalı ilə bağlı suala Tramp “bu, pis səslənmir” cavabını verib.

    Eyni zamanda Tramp Kuba hakimiyyətinin maliyyə mənbələrinin tükənməsi səbəbindən süquta yaxın olduğunu iddia edib.

    O bildirib ki, Kuba əvvəllər Venesuela neftindən gəlir əldə edirdi, lakin hazırda bu mənbə mövcud deyil və ölkə “sözün əsl mənasında çökməyə hazırdır”.

    ABŞ-ın Kubaya qarşı mümkün güc tətbiqi ilə bağlı suala cavab verən Tramp əlavə edib ki, Vaşinqtonun hər hansı addım atmasına ehtiyac qalmaya bilər, çünki Kuba öz-özünə süqut edə bilər.

    Paylaş: