ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazı ətrafında mina yerləşdirməsi ilə bağlı sərt açıqlama verib.
Globalinfo.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşımında bildirib ki, əgər İran boğazda mina yerləşdiribsə, onlar dərhal götürülməlidir.
“Əgər İran Hörmüz boğazında hər hansı mina yerləşdiribsə və biz onların bunu etdiyinə dair rəsmi məlumat almasaq belə, onların dərhal çıxarılmasını istəyirik. Hər hansı səbəbdən minalar yerləşdirilibsə və dərhal götürülməzsə, İran üçün hərbi nəticələr indiyədək görülməmiş səviyyədə olacaq”, – deyə o qeyd edib.
Tramp əlavə edib ki, əgər İran yerləşdirilmiş ola biləcək minaları çıxarsa, bu doğru istiqamətdə böyük addım olacaq.

***10 mart 23:24
ABŞ kəşfiyyatı İranın Hörmüz boğazında mina yerləşdirməyə başladığına dair əlamətlər aşkar etdiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
İddiaya görə, İran bunun üçün boğazda kiçik gəmilərdən istifadə edir və hər biri 2-3 mina daşıya bilir. İranın mina ehtiyatının dəqiq sayı məlum olmasa da, müxtəlif mənbələrdə təxminən 2000-6000 ədəd dəniz minası (İran, Çin və Rusiya istehsalı) olduğu göstərilib.
Aysel Əliyeva
Globalinfo.az